​Qubada yol kənarından silah tapılıb

​Qubada yol kənarından
11:40 10.11.2022
189 Hadisə
A- A+

Qubada yol kənarından silah tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən, Quba şəhəri köhnə kərpic zavod adlanan ərazidə xidmətdə olduqları zaman yolun kənarından 1 ədəd “İJ” markalı qoşalüləli ov silahı aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.