​"Rusiyanın Xerson qərarı müsbət addımdır" - Ərdoğan

​
12:38 10.11.2022
174 Dünya
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rus qoşunlarının Dnepr üzərindən Xerson bölgəsindən çıxarılması qərarını yüksək qiymətləndirib.

“Rusiyanın qərarı müsbət qərardır. Əgər Putin G20 sammitində iştirak etsə, o zaman biz orada Ukraynadakı vəziyyəti müzakirə edəcəyik, olmasa, telefonla əlaqələri davam etdirəcəyik" – deyə Ərdoğan qeyd edib.

Noyabrın 9-da Rusiya qoşunların Xerson vilayətində Dnepr çayının sol sahilinin arxasına çıxarılmasını əmr edib. Müdafiə naziri Sergey Şoyqu xüsusi əməliyyat zonasında Rusiya qoşunlarının birləşmiş qrupunun komandiri, ordu generalı Sergey Surovkinin təklifi ilə müvafiq əmr verib.

Mənbə: Trt haber