Dünyanın ilk əlifbası ilə yazılan cümlə tapılıb.
Məlumata əsasən, İsrailin Şefela bölgəsindəki Tel Laçiş arxeoloji qazıntılar nəticəsində tapılan bu cümlə heyvan dişindən hazırlanan darağın üzərinə həkk olunub.
Təxminən 3800 il yaşı olan cümlənin ən qədim əlifba kimi tanınan “Kənan” əlifbasına aid olduğu bildirilib.
Tapılan cümlədə, “Bu diş saç və saqqal dərisini kökündən çıxarır” – qeyd olunub.
Mənbə: Haberler.com