"Twitter"in yeni baş direktoru İlon Mask digər ölkələrlə münasibətlərinə nəzarət etməlidir".
Bunu ABŞ prezidenti Co Bayden bildirib.
Belə ki, çərşənbə günü keçirilən mətbuat konfransında Baydenə "Maskın milli təhlükəsizliyə təhdid olub-olmaması" və "Səudiyyə Ərəbistanı konqlomeratının köməyi ilə onun "Twitter"i əldə etməsinin ABŞ hökuməti tərəfindən araşdırılmalı olub-olmaması" barədə suallar verilib.
O, cavabında "Məncə, İlon Maskın digər ölkələrlə əməkdaşlığı və texniki əlaqələri izlənilməlidir. Bunun araşdırılması lazım olduğunu düşünürəm" - deyib.
Mənbə: Trt haber