​"Bu məsələdə ABŞ Rusiya ilə razılaşıb..." - Politoloqdan ŞOK AÇIQLAMA

​
18:15 10.11.2022
329 Siyasət
A- A+

“Rus qoşunlarının Xersondan geri çəkilməsi Ukraynanın əks hücumlarının nəticəsidir. Ukrayna qoşunlarının silah sursatlarla təchizi, həmçinin öldürücü və hücum silahlarının ABŞ tərəfindən verilməsi Xerson istiqamətində Ukrayna ordusunun irəliləməsinə gətirib çıxartdı”.

Nezarettv.Az xəbər verir ki, bu sözləri rus qoşunlarının Xerson ərazisindən geri çəkilməsi ilə bağlı saytımıza açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib:

“Ruh düşkünlüyü, döyüş qabiliyyətinin aşağı səviyyədə olması rus qoşunlarının Xersonda məğlubiyyətlə üzləşməsinə gətirib çıxartdı. Xüsusilə, Dnepr çayının sol sahilində rus qoşunlarının mühasirəyə düşməsi, təchizatın gecikməsi, demək olar ki, bu ordu birləşməsinin məhv olması ilə nəticələnə bilərdi.

Düşünürəm ki, burada ABŞ və Rusiya arasında da razılaşma olub. Çünki əgər rus ordusu bu istiqamətdə Dnepr çayının sol sahilindən çəkilərsə, Ukraynanın əks hücumları ilə nəticələnə bilərdi və ordu məhv olardı. Görünür, ABŞ bu məsələdə Rusiyaya təminat verib. Ümumiyyətlə, baş verən proseslər, Rusiyanın hərbi məğlubiyyəti təkcə Xersonla kifayətlənməyəcək. Bu gedişat Mariopol, Zaporojye, Donbaskda da qeydə alınacaq. Bu ərazilər işğaldan azad edildikdən sonra Ukrayna və Rusiya danışıqlar masasına oturacaq. Proseslər bu formada inkişaf edir”.

Politoloq vurğulayıb ki, səfərbərliklə cəbhəyə göndərilən qoşun birləşmələri gözlənilən nəticəni vermir və Rusiyanın bəzi ərazilərdən geri çəkilməsi ilə nəticələnir:

“Rusiya siyasi-hərbi elitası da artıq məğlubiyyəti etiraf edir. Baxmayaraq ki, Rusiyada hərbi səfərbərlik elan olunmuşdu. Hətta Putin 80 min səfərbər olunan şəxsin Ukraynaya göndərildiyini bildirmişdi. Amma göndərilən qoşun birləşməsi döyüşə bilmir və bu proseslər Ukraynanın qələbəsi ilə sonlana bilər. Xersonun geri qaytarılması Rusiyanın  geostrateji məğlubiyyətidir. Düşünürəm ki, Rusiya artıq fövqəldövlət iddiasından geri çəkiləcək”.

Fidan Ali / Nezarettv.Az