Hava limanında silahlı şəxslər iki nəfərin 4 milyon dollarını oğurlayıb.
Məlumata əsasən, hadisə Moskvanın “Domodedovo” hava limanında qeydə alınıb. Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Eyni zamanda məlumatda bildirilib ki, həmin şəxslər “Lexus” və “Toyota Land Cruiser” markalı iki avtomobili də qaçırıb. Avtomobillər daha sonra polis tərəfindən tapılıb.
Hadisə ilə bağlı axtarış davam edir.
Mənbə: TASS