İran ABŞ, Böyük Britaniya, İsrail və Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.
Məlumata əsasən, bu barədə İranın kəşfiyyat rəhbəri İsmail Xətib xəbərdarlıq edib.
“ABŞ, Böyük Britaniya, İsrail rejimi və Səudiyyə Ərəbistanı İranın bir sıra şəhərlərində baş verən son iğtişaşlarda açıq-aşkar rol oynayıb. Son hadisələrdə sionist rejimin əli onun həyata keçirilməsində daha aydın görünür. Təbliğatda Britaniyanın, maliyyələşmədə isə Səudiyyə rejiminin əli var. Səbrimiz tükənir. İran qarşılıq vermək qərarına gəlsə, bu ölkələr sabitlik görməyəcək”, – deyə o, xəbərdarlığında bildirib.
Mənbə: Fars News Agensy