​İrandan yeni iddia: "Hipersəs ballistik raket" hazırladıq"

​İrandan yeni iddia:
16:48 10.11.2022
246 Dünya
A- A+

İran qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yan keçə bilən yeni “hipersəs ballistik raket” hazırladığını açıqlayıb.

Məlumata əsasən, İran İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə paytaxt Tehranda keçirilən tədbirdə ölkəsinin yeni ballistik raket hazırladığını bildirib.

Sözügedən ballistik raketin hipersəs sürətinə malik olduğunu deyən Hacızadə, onun qabaqcıl hava hücumundan müdafiə sistemlərinin öhdəsindən gələ biləcəyini iddia edib.

Mənbə: Trt haber