Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yanğın başlayıb.
"Report"a bu barədə FHN-dən bildirilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.