​Bakıda qəza zamanı komaya düşən tələbə ölüb

​Bakıda qəza zamanı komaya düşən tələbə
10:50 11.11.2022
224 Hadisə
A- A+

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

Hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçib.

S.Mustafazadə açıq kəllə-beyin travması və bədənin çoxsaylı xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

19 yaşlı piyada Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.