​Piyadanı vurub öldürən “BakuBus” sürücüsü tutulub

​Piyadanı vurub öldürən “BakuBus” sürücüsü
12:20 11.11.2022
219 Hadisə
A- A+

Piyadanı vuraraq öldürüb hadisə yerindən qaçan “Baku Bus”ın sürücüsü tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BakuBus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb.