Kosta-Rikanın Limon şəhərindəki Matina çayında oynayan uşaq timsahın hücumuna məruz qalıb.
Timsah 8 yaşlı Julio Otero Fernándezi ailəsinin gözü qarşısında çayın dərinliyinə sürükləyib.
Hadisə zamanı valideynləri çayın kənarında olsalar da, uşaqlarını xilas edə bilməyiblər.
Uşağın meyiti hələ də tapılmayıb.
Məlumata əsasən, uşağın valideynləri Don Julio Otero və Margini Fernández Flores indi 3-16 yaş arası digər dörd uşağını qorumaq üçün Nikaraquaya köçməyi planlaşdırırlar.
Mənbə: Trt haber