​Nazir uşaq pulu məsələsinə münasibət bildirib

​Nazir uşaq pulu məsələsinə
17:30 11.11.2022
293 Sosial
A- A+

“Uşaq pulu ilə bağlı dəfələrdə açıqlama vermişəm, bu gün də bildirirəm ki, Azərbaycanda 600 min həssas uşağa yardım edilir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

"Həmin həssas uşaqlar ünvanlı sosial yardım alır, əlilliyə görə vəsait alır və s. Bəli, həssas kateqoriyadan olan uşaqlara yardım edilməlidir və dövlətimiz o yardımı edir. Sosial yardım ünvanlı olmalıdır, nəinki ümumi”, - deyə nazir bildirib.