​Azərbaycanlılar Fransa Senatının qarşısında aksiya keçirəcək

​Azərbaycanlılar Fransa Senatının qarşısında aksiya
17:00 12.11.2022
201 Siyasət
A- A+

Noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə müzakirə olunacağı gün azərbaycanlılar aksiya keçirəcək.

Aksiya Fransa Senatının qarşısında baş tutacaq.

Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senatında ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın 6 üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.