​Azərbaycan neftinin qiyməti 2,5 dollar bahalaşıb

​Azərbaycan neftinin qiyməti 2,5 dollar
09:30 12.11.2022
A- A+

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,51 ABŞ dolları, yaxud 2,6 % artararaq 98,47 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 95,99 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.