​Bu ölkə vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq etdi

​Bu ölkə vətəndaşlarına İrana səfər etməmək barədə
09:28 14.11.2022
264 Dünya
A- A+

İsveçrə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, vətəndaşlarının İrana səfəri və onların həbsi ilə bağlı xəbərdarlıq edib.

Noyabrın 13-də dərc edilən bəyanatda İsveçrə vətəndaşlarından “xalq etirazlarının davam etməsi, İslam Respublikası təhlükəsizlik qüvvələrinin döyüş güllələrindən istifadə etməsi, habelə əcnəbilərin özbaşına həbsi və ədalətsiz məhkəmələrin keçirilməsi səbəbindən İrana səfər etməmələri istənilib.

İsveçrə hökuməti bu yaxınlarda Ukrayna savaşında istifadə üçün Rusiyaya dronlar göndərdiyinə görə İrana sanksiya tətbiq etmək qərarını açıqlayıb.

Ancaq İranın Avropada ikinci ən böyük iqtisadi tərəfdaşı olan İsveçrənin, İranda etirazçıların susdurulmasına görə İrana qarşı sanksiya planının olmadığını bildirməsi ölkənin bəzi siyasətçiləri və parlamentarilərinin mənfi reaksiyasına səbəb olub.

Mənbə: Azad İran