​Ölülərlərə danışmaq üçün oyun oynayan uşaqlar bu halda tapıldılar - ŞOK OLAY

​Ölülərlərə danışmaq üçün oyun oynayan uşaqlar bu halda
10:28 14.11.2022
327 Maraqlı
A- A+

Kolumbiyanın Hato şəhərində baş verən hadisə böyük əks-səda doğurub.

Belə ki, Kolumbiyanın Hato şəhərindəki məktəbdə ölülərlə əlaqə saxlamaq məqsədi ilə "Ouija" adlı oyunu oynayan 11 uşaq dəhlizdə huşsuz vəziyyətdə tapılıb.

Şagirdlərin şiddətli mədə ağrısı çəkdiyi və qusduqları bildirilib.  Müəllimlərinin köməyi ilə onlar xəstəxanaya aparılıblar.

Həkimlər tərəfindən edilən ilk müayinədə şagirdlərin zəhərləndiyi vurğulanıb.  

Hadisə ilə bağlı araşdırma başladılıb.

Mənbə: Haberler.com