​Rusiyada ultra yüngül zirehli dəbilqə hazırlandı

​Rusiyada ultra yüngül zirehli dəbilqə
10:48 14.11.2022
245 Dünya
A- A+

Rusiyalı mütəxəssislər kompozit materiallardan ultra yüngül zirehli dəbilqə yaradıblar.

Bu barədə "Armokom" tərtibatçısının baş direktorunun müavini Oleq Faustov bildirib. 

Onun sözlərinə görə, dəbilqənin çəkisi cəmi 700 qramdır. Bu, orduda istifadə edilən 1 kq 6B47 dəbilqələrindən 300 qram azdır. O, bildirib ki, rusiyalı mütəxəssislər hərbçinin bədənini tamamilə əhatə edəcək ekzoskeletli kosmik kostyumun yaradılması üzərində işləyəcəklər.

“Biz irəliləyirik və dəbilqəmizi daha da yüngülləşdirmək istəyirik. Beləliklə, biz cəmi 700 qram ağırlığında perspektivli bir model hazırladıq, lakin kütləvi istehsal üçün belə dəbilqələrin kütləvi istehsalı haqqında danışmaq hələ tezdir ", - deyə o,  bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya ordusunun texnikasında olan 6B47 dəbilqəsi digər ölkələrinkindən daha yüngüldür. 

Mənbə: Kommersant