​Məhsa Əmini etirazları davam edir: İlk dəfə edam cəzası

​Məhsa Əmini etirazları davam edir:
11:18 14.11.2022
281 Dünya
A- A+

İranda Məhsa Əmininin ölümündən sonra ilk dəfə saxlanılan etirazçılardan birinə edam cəzası verilib.

Belə ki, "İğtişaş törətməkdə" günahlandırılan bir çox etirazçının məhkəməsi davam edərkən, Tehran İnqilab Məhkəməsi 1 nəfəri edam, 5 nəfəri isə həbs cəzasına məhkum edib.

Ölüm cəzasına məhkum edilən şəxs “dövlət qurumunu yandırma, ictimai asayişi və əmin-amanlığı pozma, milli təhlükəsizliyə qarşı açıq və gizli fəaliyyətlə məşğul olma, ictimai əmlaka qəsdən zərər vurma və yer üzündə korrupsiyaya səbəb olma” maddələri ilə ittiham olunub.

Mənbə: Tgrt haber