Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının çıxarılmasından sonra yenidən Ukrayna ordusunun nəzarətində olan Xerson şəhərinə səfər edib.
Xersona səfər edən Zelenski Ukrayna əsgərləri və vətəndaşları ilə görüşüb.
Zelenski, hər gün vətənləri üçün həyatlarını riskə atan əsgərlərə və şəhər əhalisinə baş çəkdiyini, onların duyğularını hiss etdiyini qeyd edib. O, şəhərin azad edilməsindən və xalqın reaksiyasından məmnun olduğunu bildirib.
Mənbə: Trt haber