Rusiya və ABŞ nümayəndələri Ankarada gizli görüş keçiriblər.
Bu barədə Rusiyanın "Kommersant" qəzeti iddia irəli sürüb.
Qeyd edilib ki, görüşdə Rusiya Xarici Kəşfiyyat Xidməti rəisi Sergey Narışkin də olub. Görüşdə hansı mövzuların danışıldığı barədə məlumat verilməyib.
Görüşlə bağlı yayılan xəbərlərə dair açıqlama verən Kreml sözcüsü Dmitri Peskov iddianı nə təsdiq, nə də təksib edib.