İstanbulda terror aktını törədən suriyalı qadının yanındakı iki qadınla bağlı yeni iddilar gündəmə gəlib.
Belə ki, bu barədə İran mediası məlumat verib.
Məlumata əsasən, terrorçu qadınla birgə hərəkət edən iki xanımın İsrail vətəndaşıdır və hadisədə İsrailin əli var.
İsrail mediası isə iddialara cavab olaraq bildirib ki, o xanımların hadisə ilə heç bir əlaqəsi yoxdur. Türkiyəyə səyahətə gəliblər.
Xatırladaq ki, 6 nəfərin ölümünə, 81 nəfərin yaralanmasına səbəb olan terror hücumunu təşkil edən suriyalı qadın saxlanılıb. Hücumun PKK terrorçuları tərəfindən təşkil olunduğu bildirilib.
Mənbə: Haber7.com