​74 yaşlı qadın dəm qazından zəhərlənib

​74 yaşlı qadın dəm qazından
17:15 14.11.2022
496 Hadisə
A- A+

Mingəçevir şəhərində 74 yaşlı qadın dəm qazından zəhərlənib.

Hadisə noyabrın 13-də şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1948-ci il təvəllüdlü Ofelya Quliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.