​Gəncədə qazılan yol qəzaya səbəb olub

​Gəncədə qazılan yol qəzaya
17:30 14.11.2022
380 Hadisə
A- A+

Gəncə şəhərində qazılan avtomobil yolu qəzaya səbəb olub.

Hadisə şəhərin S. Əliyev küçəsində qeydə alınıb. Yolda qazılan çuxura düşməmək üçün manevr edən yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını "Ford" markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb.

Qeyd edək ki, S.Əliyev küçəsində bir müddətdir dərin çuxur qazılıb, üzəri bağlanmayıb.