​Putindən Kadırovun xanımı ilə bağlı fərman

​Putindən Kadırovun xanımı ilə bağlı
20:00 14.11.2022
299 Siyasət
A- A+

Rusiya lideri Vladimir Putin  “Qəhrəman ana” fəxri adının verilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya və Yamal-Nenetsk muxtar bölgəsindən Olqa Dextyarenkoya “Qəhrəman ana” fəxri adı verilib.

Məlumata görə, bu ad 10 və daha çox uşağı olan analara verilir. Belə ki, Medni Kadırova 14, Olqa Dextyarenko isə 10 uşaq anasıdır.

Qeyd edək ki, bu fərman ilk dəfə imzalanır.