​Almaniya səfiri İran XİN-ə çağırılıb

​Almaniya səfiri İran XİN-ə
20:30 14.11.2022
279 Siyasət
A- A+

Almaniyanın İrandakı səfiri Hans Edo Motsel Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, XİN rəsmiləri Almaniya kanslerinin bəyanatlarını pisləyib, Almaniyanın İranın daxili işləri ilə bağlı yanaşmasına sərt etiraz bildiriblər. 

Bu cür bəyanatların iki ölkə arasındakı münasibətlərinə təsirinə görə Almaniya tərəfinin məsuliyyət daşıdığı qeyd edilib.

İran Xarici İşlər Nazirliyinin rəsmisi bu cür qeyri-konstruktiv bəyanatların və hərəkətlərin davam etdirilməsinin iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı təsirlərinə görə Almaniya tərəfinin məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, səfirin İran XİN-ə çağırılması Almaniya kanslerinin İran İslam Respublikasına qarşı bəyanatlarından sonra baş verib.