​Bərdədə məktəb binasında yanğın olub

​Bərdədə məktəb binasında
09:40 15.11.2022
247 Hadisə
A- A+

Bərdə rayonunun Əyricə kəndində ümumi sahəsi 532 kvadratmetr olan (hər mərtəbəsi 266 kvadratmetr) ikimərtəbəli kənd tam orta məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.