​"BMT yoxsulluqla mübarizədə acizdir" - Hindistanın baş naziri

​
10:18 15.11.2022
248 Dünya
A- A+

"BMT yoxsulluqla mübarizədə acizdir".

Bunu Hindistanın baş naziri Narendra Modi İndoneziyanın Bali şəhərində keçirilən G20 sammitində çıxış edərkən deyib. 

“Yoxsulluq hər bir ölkənin vətəndaşlarının üzləşdiyi ciddi problemdir. Onların gündəlik həyatı yaşamaq uğrunda mübarizəyə çevrilib. Zərbənin öhdəsindən gəlmək üçün onların maliyyə imkanları yoxdur. Biz tərəddüd etmədən etiraf etməliyik ki, BMT kimi çoxtərəfli qurumlar bu məsələləri həll etməkdə uğursuzluğa düçar olublar”, – deyə qeyd edib.

Narendra Modi həmçinin əlavə edib ki, Hindistanın enerji təhlükəsizliyi qlobal iqtisadi artım üçün vacibdir. O qeyd edib ki, enerji təchizatına məhdudiyyətlər təşviq edilməməlidir.

Eyni zamanda Modi dünyada gübrə çatışmazlığını "böyük böhran" adlandırıb: “Bugünkü gübrə çatışmazlığı sabahkı ərzaq böhranıdır və hazırda dünyanın heç bir həll yolu yoxdur. Biz həm gübrələrin, həm də ərzaq taxıllarının tədarük zəncirinin sabitliyini və etibarlılığını təmin etmək üçün qarşılıqlı razılığa gəlməliyik”.

Mənbə: Kommersant