​Partlamamış qumbara əsgərin sinəsinə ilişdi: Əgər hərəkət etsəydi... - FOTO

​Partlamamış qumbara əsgərin sinəsinə ilişdi:
10:38 15.11.2022
261 Maraqlı
A- A+

Ukrayna müharibəsində atılan qumbara 41 yaşlı rus sıravi Nikolay Pasenkonun sinəsinə ilişib və əsgərin ağciyərlərini zədələyib.

Həkimlər onu xilas etmək üçün əməliyyat etmək qərarına gəliblər. 41 yaşlı əsgər həkimlərin həyatını riskə atmamaq üçün əvvəlcə bunu qəbul etməkdən imtina edib və sonra razılaşıb.

Əməliyyatda qoruyucu paltar geyən həkimlər bombanı müvəffəqiyyətlə çıxarıblar.

Əməliyyatı həyata keçirən cərrahlardan hərbi həkim Dimitri Kim əməliyyatın riskli olduğunu bildirib. Onun sözlərinə görə, əgər hərəkət etsəydi, bomba partlaya bilərdi.

Mənbə: Haberler.com