​Zelenski sülhü mümkün edəcək şərtləri açıqladı

​Zelenski sülhü mümkün edəcək şərtləri
11:28 15.11.2022
225 Dünya
A- A+

Zelenski Rusiya ilə sülhü mümkün edəcək 10 şərti açıqlayıb.

O, bu barədə G20 sammitində videokonfrans vasitəsilə iştirak edərkən bildirib.

Zelenski Rusiya ilə yeni Minsk razılaşması prosesinin mümkün olmadığını və ölkəsinin effektiv təhlükəsizlik təminatlarına ehtiyacı olduğunu bildirib.

Zelenskinin açıqladığı şərtlər bunlardır:

- Ukraynanın radiasiya və nüvə təhlükəsizliyinin təmin edilməsi;

- Ukraynanın ərzaq təhlükəsizliyinin təmin edilməsi;

- Ukraynanın enerji təhlükəsizliyinin təmin edilməsi;

- bütün məhbusların azad edilməsi;

- BMT Nizamnaməsinin yerinə yetirilməsi və Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası;

- rus qoşunlarının çıxarılması və döyüşlərin dayandırılması;

- Ədalətin bərpası- Ekoloji soyqırımla mübarizə;- gərginliyin artmasının qarşısının alınması;

- Müharibənin sonunu təşkil etmək.

Mənbə: Reuters