​Bakıda nəvə babasının evindən 8500 manatlıq oğurluq edib

​Bakıda nəvə babasının evindən 8500 manatlıq
12:35 15.11.2022
234 Hadisə
A- A+

Bakıda evdən 8500 manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində babasının evindən oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin nəvəsi müəyyən olunaraq saxlanılıb.