​Tatarıstan Prezidenti Azərbaycana səfər edəcək

​Tatarıstan Prezidenti Azərbaycana
13:10 15.11.2022
222 Siyasət
A- A+

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun noyabrın sonunda Azərbaycana səfəri planlaşdırılır.

 R.Minnixanovun başçılıq etdiyi işgüzar nümayəndə heyəti noyabrın 26-dan 30-dək Bakıda səfərdə olacaq.

Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Bundan başqa, birgə biznes forumun keçirilməsi də nəzərdə tutulub.