​Oğuzda avtomobil traktorla toqquşub, ölən var

​Oğuzda avtomobil traktorla toqquşub,
13:20 15.11.2022
229 Hadisə
A- A+

Oğuz rayonunda avtomobil traktorla toqquşub, ölən var.

Hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1993-cü il təvəllüdlü Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olan zaman traktorla toqquşub. Nəticədə S.Atakişiyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report