​Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edir

​Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə
13:35 15.11.2022
262 Hərbi
A- A+

Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.

Paylaşımda deyilir:

“Birik, bərabərik və güclüyük!

Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış Məhəllələrdə Terroristlərlə Mübarizə Əməliyyat Kursu” çərçivəsində təlim keçirlər”.