"Rusiya noyabrın 19-da başa çatan taxıl müqaviləsinin uzadılmasına razılıq verəcək".
Belə ki, iyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl sazişi bağlanıb. Noyabrın 19-da müddət başa çatır, lakin tərəflərdən heç biri onu ləğv etməsə, müqavilə avtomatik olaraq 120 gün müddətinə uzadılacaq.
Bildirilib ki, bütün tərəflər müqavilənin uzadılmasında maraqlıdır. Eyni zamanda Rusiya bu təşəbbüsü, taxılın ən kasıb ölkələrə çatmaması səbəbindən tənqid edib və Qara dənizdəki gəmilərinə hücumlara görə 5 gün müddətinə müqavilədən çıxıb.
Rusiya üçün müqavilənin uzadılmasının vacib şərti Avropa limanlarında bloklanan Rusiya gübrələrinə tətbiq edilən sanksiyaların aradan qaldırılmasıdır.
Mənbə: Bloomberg