Bakının problemli küçələrindən biri olan Cəfər Xəndan küçəsində hərəkətin təşkilinə dəyişiklik edilməsinə baxmayaraq sürücülər kütləvi şəkildə qaydaları pozurlar.
Videodan da göründüyü kimi sürücülər birtərəfli yolun əksi istiqamətində hərəkət edir, bəziləri isə dairəyə daxil olmadan dairənin əksi istiqamətində axına qarşı hərəkət edirlər. Bunun səbəbi isə sürücülərin nişanları tanımamasından irəli gəlir. Dairəyə daxil olan bütün kəsişmələrdə 4.3 nişanının quraşdırılmasına baxmyaraq, sürücülər nişanın üzərində göstərilmiş oxlar üzrə (yəni saat əqrəbinin əksi istiqamətində) hərəkət etmirlər. Buna görə də qaydalar çərçivəsində hərəkət edən sürücülər təhlükə ilə üzləşir.
Mənbə: Sfera.az