​Stiv Cobsun sandalları 219 min dollara satıldı - FOTO

​Stiv Cobsun sandalları 219 min dollara satıldı -
19:30 15.11.2022
273 Dünya
A- A+

"Apple" çirkətinin qurucusu Stiv Cobsun köhnə sandalları hərracda 219 min dollara satılıb.

Bu barədə "Julien's Auctions" hərrac evinin saytında məlumat verilib.

S.Cobs "Birkenstock" alman brendinə məxsus olan ayaqqabını 1970-1980-ci illərdə geyinib. Qeyd olunub ki, mərhum biznesmen bu markanı çox sevib və buna görə də brendin tarixçəsi ilə istehsal xırdalıqlarına qədər maraqlanıb.

Nəşrin məlumatına görə, bu ayaqqabı hərracda satılan ən bahalı sandal sayılır. 19 nəfərin namizəd olduğu sandalların sahibinin adı açıqlanmayıb.

Cobsun sandalları şirkətin idarəcisi Mark Şeffdə olub. O bildirib ki, "Apple" şirkətinin qurucusu vəfat etdikdən sonra onun şəxsi əşyaları yığılaraq evə baxan dostlarına və işçilərə paylanılıb, həmçinin xeyriyyə dükanlarına verilib.