Paytaxt Tehranda “iğtişaş törətməkdə” günahlandırılan daha bir nəfər edam cəzasına məhkum edilib.
Məlumata əsasən, Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejei və Baş Qərargah rəisinin göstərişi ilə istintaq prosesi “ədalət və qanuna əsaslanaraq” sürətlə başladılıb.
Belə ki, Tehran İnqilab Məhkəməsinin heç bir şəxsiyyət məlumatı vermədən, "Qorxu və hiddət yaratmaq üçün" odlu silahla daha bir nümayişçinin "dövlətə müharibə elan etmək" cinayətinə görə ölüm cəzasına məhkum edildiyi bildirilir.
Mənbə: Trt haber