Çexiya parlamentinin aşağı palatasının deputatlarının əksəriyyəti “indiki Rusiya rejimini terrorçu rejim” kimi xarakterizə edən qətnaməni dəstəkləyib.
Qərar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qətnaməsinə uyğun olaraq qəbul edilib.
Məlumata əsasən, qətnaməni iştirak edən 156 deputatdan 129-u dəstəkləyib. Qətnamə Rusiyanın Ukraynadakı fəaliyyətini pisləyir və Donetsk və Luqansk Xalq Respublikalarının, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı referendumun nəticələrini tanımır.
Mənbə: Kommersant