Hindistanın Sironc kəndində yaşayan fermer Nabab Xan tövləsində doğulan 7 keçidən birini görən zaman təəccüblənib.
Belə ki, fermer yeni doğulan keçilərdən birinin zahiri görünüşünə görə təlaşa düşüb. Qəribə üz ifadəsi qorxu yaradan keçi dərhal mühafizəyə götürülüb.
Hadisədən xəbər tutan kənd sakinləri keçini görmək üçün tövləyə axışıblar. Baytar həkim Manav Sinqh ilkin yoxlamalardan sonra heyvanda genetik qüsur olduğunu bildirib.
“Hidrosefali” kimi tanınan xəstəliklə doğulan keçinin sağ qalması üçün xüsusi diqqət yetirilməli olduğu bildirilib. Sahibləri keçiyə baxmağa razı olduğunu qeyd ediblər. Eyni zamanda heyvanın şpris vasitəsilə ağızdan qidalanacağı bildirilib.
Mənbə: Haberler.com