​Bakıda yaşayış binasında yanğın başlayıb

​Bakıda yaşayış binasında
13:45 16.11.2022
238 Hadisə
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.