İlin əvvəlindən ölkə əhalisinin sayı 48 408 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 10 204 774 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.