​Bu şəhərin təhsil sektorunun müdiri işdən çıxarılıb

​Bu şəhərin təhsil sektorunun müdiri işdən
15:50 16.11.2022
286 Sosial
A- A+

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri işdən çıxarılıb. Sektor müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Nəcibə Vəliyeva APA-ya məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, Qüdrət Əliyev bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad olunub.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Qüdrət Əliyev Regional təhsil idarələri yaranmamışdan əvvəl Şəmkir rayon Təhsil şöbəsinə rəhbərlik edib. Ona qədər isə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Mənbə: APA