​"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

​
16:45 16.11.2022
252 İdman
A- A+

“Sabah” klubu futbolçusu Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb.

Paytaxt təmsilçisindən verilən məlumata görə, almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq sözləşmə müddəti artırılıb.

Yeni anlaşmanın müddəti 1+1 illikdir.

Coy-Lens Mikels 2021-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Oyunçu “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.