​Sumqayıtda marketdə yanğın olub

​Sumqayıtda marketdə
17:00 16.11.2022
260 Hadisə
A- A+

Sumqayıtda marketdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 22 m² olan birmərtəbəli obyektin (market kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 5 m² sahədə, içərisində olan 1 ədəd kondisioner və qismən əşyalar yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.