Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın valyuta ehtiyyatları 6 % artaraq 55 milyard ABŞ dollarını keçib.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
"O cümlədən 10 ay ərzində AMB-nin valyuta ehtiyatları 10,3% artaraq 7,8 milyard dollara çatıb", - deyə o, qeyd edib.