​Neft daha da ucuzlaşıb

​Neft daha da
09:15 17.11.2022
A- A+

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 1,1% azalaraq, 1 barelə görə 91,84 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,33% azalaraq, 84,45 dollara bərabər olub.