​Bakıda Azərbaycan-Rusiya parlamentarilərinin birgə iclası keçiriləcək

​Bakıda Azərbaycan-Rusiya parlamentarilərinin birgə iclası
12:00 17.11.2022
234 Siyasət
A- A+

Bakıda Azərbaycan-Rusiya parlamentarilərinin birgə iclası keçiriləcək.

Bunu Rusiya Dövlət Dumasının deputatı Kazbek Taysayev Rusiya-Azərbaycan ekspertlər şurasının Moskvada keçirilən ikinci iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, birgə iclas noyabrın 21-23-də keçiriləcək: "Dumanın spikeri Vyaçeslav Volodinin tapşırığına əsasən, dumanın MDB komitəsinin sədri Leonid Kalaşnikovun rəhbərliyi ilə rusiyalı deputatlar noyabrın 21-23-də Azərbaycanda iki ölkənin parlamentarilərinin birgə iclasında iştirak edəcəklər", o deyib.

Mənbə: APA