​Türkiyə MN Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

​Türkiyə MN Milli Dirçəliş Günü ilə bağlı
13:00 17.11.2022
200 Siyasət
A- A+

Türkiyə Milli Müdafiə Nazirliyi 17 Noyabr Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib.

“34 il əvvəl qardaş Azərbaycan xalqının təşəbbüsü ilə keçirilən Milli Dirçəliş Günü müstəqillik hərəkatı üçün mühüm dönüş nöqtəsi oldu. Qardaşlarımız 32 ildən sonra isə Qarabağda böyük qələbə qazanaraq dirçəliş ruhunun nə qədər canlı olduğunu göstərdilər”, - deyə paylaşımda bildirilib.

Əlavə olunub ki, Türkiyə “İki Dövlət, Bir Millət” anlayışı ilə hər zaman Azərbaycanlı qardaş və bacıları ilə bir yerdə olmağa davam edəcək.