​Britaniya səfiri Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib

​Britaniya səfiri Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə
13:20 17.11.2022
181 Siyasət
A- A+

“Bu gün Azərbaycan xalqı öz istiqlaliyyəti, azadlığı və dövlət müstəqilliyini qazanması ilə nəticələnən mübarizə tarixinin başladığı günü qeyd edir”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old tviterdə yazıb.

Diplomat 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: “Bütün Azərbaycan xalqını 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm!”